“İnter”də “yarpaq tökülməsi”nə start verildi
16.05.2013 - 18:33
Ölkə çempionatını ötən mövsüm olduğu kimi 3-cü pillədə başa vuran “İnter”də islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, Robertinyonun ardından artıq Petar Zlatinov da vətəni Bolqarıstana erkən yollanmalı olub.
Komandadan uzun müddətdir zədədən əziyyət çəkən Tales Şuts və heç “18-liy”ə düşə bilməyən qapıçı Elşən Poladovun da gedəcəyi gözlənilir. Daha bir gediş isə “İnter”in istəyilə baş tutmayıb. Belə ki, uzun illərdir ki, komandanın kapitanı olan Vladimir Levin az büdcəli “İnter”də qalmaq istəməyib. O bu gün bazadan əşyalarını götürərək futbolçularla görüşüb sağollaşıb.
Qeyd edək ki, ötən yayda da Levin “İnter”də oynamaq istəmirdi. Milli komandamızın ukraynalı müdafiəçisi vətənindən təklif aldığını bəhanə edərək “bankirlər”in düşərgəsinə qoşulmaqdan boyun qaçırsa da, sonradan klubla razılığa gəlmişdi.

0
0