“Son oyuna kimi komanda ruhunu saxladıq”
20.05.2013 - 21:05
“Mənim üçün çox vacib oyun idi. Çempionatın son oyunu olmasına və “Kəpəz”in elitanı tərk etməsinə baxmayaraq, futbolçularımdan sona kimi mübarizə aparmağı xahiş etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözlər AZAL-ın baş məşqçisi Vaqif Sadıqova məxsusdur.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXXII - mövsümün son turunda doğma publika önündə “Kəpəz”i (4:0) darmadağın etmələrini dəyərləndirib: “Çox vaxt deyirlər ki, “ikinci altılıq”da komandalar həvəssiz oynayırlar. Lakin son oyuna kimi komanda ruhunu saxladıq, mübarizə apardıq. Mahmud Qurbanovun komandasında bir az təcrübə çatmır, yaxşı komandadır. O, öz bacarığını komandaya aşılamağa çalışır. Komandaya gələcəkdə uğurlar arzulayıram”.
Mənbə: pfl.az

0
0