“Xəzər Lənkəran”da belə şey olmayıb
21.05.2013 - 10:45
“Xəzər Lənkəran”da belə şey olmayıb
“Xəzər Lənkəran” Azərbaycan çempionatları tarixində ən uğursuz nəticəyə imza atıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi 2004-cü ildən çıxış etdiyi ölkə çempionatında ilk dəfə mövsümü belə aşağı yerdə - 9-cu pillədə başa vurub. Bununla, “ağ-yaşıllar” öz antirekordunu yeniləyib.

Belə ki, komandanın 9 illik tarixində bunadək çempionatı ən aşağı göstəricisi 2005/06 mövsümündə 7-ci yer idi. Onda mövsümü tam boşa verən “Xəzər Lənkəran” çempionatın əvvəlindən uğursuz çıxış edərək, medallardan əlini üzdü.

Cənub təmsilçisinin çempionatda digər nəticələrinə gəlincə, bu, 2007-ci ildə 1-ci, 2005, 2011, 2012-ci illərdə 2-ci, 2008, 2009, 2010-cu illərdə 4-cü yer olub.

Qeyd edək ki, ölkə kubokunda çempionun finalçısı kimi Avropa Liqasına artıq vəsiqə qazanan “Xəzər Lənkəran” mövsümü titulla başa vurmaq imkanına malikdir. Komanda kuboku 3 dəfə - 2007, 2008 və 2011-ci illərdə qazanıb.
0