Ən məhsuldar azərbaycanlılar
21.05.2013 - 17:46
Ən məhsuldar azərbaycanlılar
Topaz Premyer Liqasının başa çatan 2012/13 mövsümü legionerlərin bombardirlər yarışındakı hegemonluğu ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, yerli futbolçular isə 5-dən artıq qol vura bilməyib.

Belə ki, çempionatın ən məhsuldar azərbaycanlıları hərəyə 5 dəfə fərqlənib. 18 legioner bu göstəricini arxada qoyduğundan yerli qolçular 19-cu yerin şərikləri sırasındadır. 5 dəfə fərqlənən 14 oyunçu ümumilikdə 19-32-ci yerləri bölür. Bu “14-lük”dən də 8-i əcnəbidir. Hərəyə 5 dəfə fərqlənən 6 oyunçu isə bu qədər qol vurmaq üçün yetərincə matça çıxıb. 5 qol vuranları oyun sayı ardıcıllığı ilə düzsək, ən məhsuldar yerli futbolçu bombardirlər yarışının 20-cisi olar.

20. Cavid İmamverdiyev (Neftçi) – 5 qol (23 oyun)
22-23. Ruslan Tağızadə (AZAL) və Rəşad Abdullayev (Qəbələ) – hər ikisi 5 qol (25 oyun)
24. Cavid Tağıyev (AZAL) – 5 qol (26 oyun)
27-29. Rəşad Sadiqov (Neftçi) və Vüqar Nadirov (Qarabağ) – 5 qol (28 oyun)

Qeyd edək ki, 5-dən çox qol vuran legionerlərdən ikisi Azərbaycan pasportuna malikdir. Bunlar milliləşən legionerlər Pərdis Fərcad-Azad və Ruslan Qurbanovdur. Müvafiq olaraq 9 və 6 dəfə fərqlənən legionerlər milliləşsə də futbolumuzun yetirmələri deyil.
0