“Sumqayıt”: Biri gedir, biri yox
22.05.2013 - 12:22
“Sumqayıt” növbəti mövsümün çalışmalarına başlayıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi yarımmüdafiəçi Eldar Cankişiyevi geri qaytarıb. Qışda “Anji”dən 6 aylıq icarəyə götürülən 19 yaşlı futbolçunun anlaşması uzadılmayıb.
Sumqayıtlılar Rusiya klubundan icarəyə götürdüyü, müqaviləsi başa çatan digər futbolçu – Məhəmməd Mirzəbəyovu saxlamaq fikrindədir. Belə ki, ötən yay “Anji”dən cəlb olunan 23 yaşlı yarımmüdafiəçinin yenidən icarəyə götürülməyi məqsədilə danışıqlar olacaq.
Sumqayıt təmsilçisi “Neftçi”dən icarəyə götürərək, anlaşması bitən müdafiəçi Slavik Alxasovla hücumçu Ruslan Qurbanovun da qalmağını istəyir. Bununla əlaqədar paytaxt klubu ilə icarə müqaviləsinin artırılmağı müzakirə olunacaq.
Millimizə də cəlb olunan “Sumqayıt”ın qapıçısı Səlahət Ağayev isə “İnter”ə qayıdıb. Ancaq sumqayıtlılar ötən mövsüm əsas qapıçısı olan 23 yaşlı Ağayevi qaytarmaqda maraqlıdır. Sadəcə, “bankirlər” gürcü qapıçı Revaz Tevdoradze ilə yollarını ayırandan sonra Səlahəti saxlayaraq, icarəyə vermək istəmir.

0
0