“Arşavin növbəti ili məhz Azərbaycanda keçirəcək”
23.05.2013 - 05:21
“Arşavin növbəti ili məhz Azərbaycanda keçirəcək”
Rusiya mətbuatında “Arsenal”la yollarını ayıran Andrey Arşavinin karyerasını davam etdirə biləcəyi 5 klubun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, onlar arasında Azərbaycan təmsilçiləri də göstərilib.

Belə ki, “Sovetski Sport”un idman eksperti Valeri Reynqold 31 yaşlı hücumçunun “Zenit”, “Anji”, “Barselona” variantları ilə yanaşı, “Simurq” və “Xəzər Lənkəran”ın adını da çəkib: “Azərbaycanın “Simurq” və “Xəzər Lənkəran” klublarının rəhbərləri deyirlər ki, keçid tamamilə realdır. Arşavin artıq gənc oyunçu deyil və İngiltərədə ona çox maaş vermək lazımsızdır. Amma Azərbaycanda pul məsələsi ilə bağlı heç bir problem yaranmayacaq. Arşavin bunu ailəsi və xanımı ilə məsləhətləşəcək. Andrey növbəti ili məhz Azərbaycanda keçirəcək”.
0