AFFA-nın yeni tapıntısı: Anamın borcunu qaytarmaq istəyirəm
24.05.2013 - 13:58
AFFA-nın yeni tapıntısı: Anamın borcunu qaytarmaq istəyirəm
Azərbaycan millisinin futbolçusu Eddi Silvestr Paskual İsrafilov İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, anası azərbaycanlı olan milliləşən ispaniyalı yığmamıza çağırılması haqda fikirlərini də açıqlayıb.

- Azərbaycan yığmasına çağırılmağınızı necə qarşıladız?
- Çox şadam ki, anamın ölkəsinin komandasında oynayacağam. Mən ona borcumu qaytarmaq istəyirəm. İndi isə ən vacib olan “Mursiya”dır. Məşqçimiz mənə güvənir və bu etimadı doğrultmalıyam. Düzdür, əsas heyət oyunçusu deyiləm. Lakin istənilən vaxt komandaya köməyim dəyə bilər. Həm mən, həm də klub rəhbərliyi AFFA ilə danışıqlarda milliyə çağırılmağımdan xoşbəxt olduğumuzu dedik. Lakin başa düşürəm ki, indi “Mursiya”da olmalıyam.

- Azərbaycan haqda məlumatınız var?
- Əlbəttə, mən bu ölkəni tanıyıram. Əvvəl orada oynamaq istəyirdim. İndi isə bunu zəruri hesab edirəm. 3 yaşımda Azərbaycanda olmuşam. Sonra yenidən İspaniyaya qayıtdım. Onlar 2 həftə əvvəl mənimlə söhbət etdilər. Milli üzvü olmaq mənim üçün çox vacibdir. Lakin indi klubumu düşünürəm.

- Azərbaycanı seçməyiniz yaşadığınız İspaniyanın millisinə düşməyə inamınızın olmaması ilə bağlıdır?
- Mən heç vaxt İspaniya yığmalarına çağırılmamışam. Bu bütün yaş qruplarına aiddir.

- Çıxış etdiyinizin klubun işləri yaxşı getmir. Komandamız Sequndanı da tərk etmək üzrədir. Bu klubdakı gələcəyinizlə bağlı planlarınız necədir?
- Düşünürəm ki, “Mursiya”nı tərk etməyin vaxtı çatıb. Yəqin ki, qarşıdakı mövsümdə yeni klubda çıxış edəcəm.
0