Filip Lam: “Bavariya”da həmişə təzyiq hiss olunur
25.05.2013 - 02:40
“Belə deyək, bizə turnirdə qələbə qazanmağımıza inanalar az idi. Lakin geriyə baxsaq, onda biz önəmli addımlar atmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bavariya”nın kapitanı Filip Lam deyib.
Təcrübəli müdafiəçi Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə oyun öncəsi fikirlərini bildirib: “Təcrübə yığdıq və güc əlavə etdik. Bizə nə qədər tələb olunurdu hamısını yerinə yetirdik. Bəs niyə qalib gəlməyək? Hətta bilmirəm, indi təzyiq altındayıqmı. Mən son illər komandanın irəliləməsinə baxıram və biz Çempionlar Liqasının dörd mövsümündə üçüncü dəfə finalda iştirak edirik. Əminəm ki, “Bavariya” yaxın illərdə hələ bir neçə dəfə finalda oynayacaq. Gələcəkdən narahat olmuram. Komandada həmişə təzyiq hiss olunur”.

0
0