“Qəbələ”də məşqçi işləyə bilərəm”
28.05.2013 - 10:41
 “Qəbələ”də məşqçi işləyə bilərəm”
“Klubdan ayrıldıqdan sonra hazırda işsizəm. Heç bir klubdan təklif almamışam”. Bunu apasport.az saytına millimizin və “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Yaşar Abuzərov deyib.

Cari mövsüm başa çatdıqdan sonra “Qəbələ” Yaşar Abuzərovla yollarını ayırdı. İndi onun karyerasını harda davam etdirəcəyi maraq doğurur. Olmaya 35 yaşlı futbolçu artıq butslarını mıxdan asmaq vaxtının yetişdiyini başa düşüb?

Ancaq Abuzərov hələ oynamağa hazır olduğunu və təklif almasa, məşqçiliyə başlamaq istədiyini bildirib: “Mən hələ də özümdə oynamağa güc olduğunu bilirəm. Ancaq gərək təklif gəlsin. Mən Qaraçuxurda qalıram. “Rəvan” da Qaraçuxurda baza tikdirir? Bunu bilmirdim. Təklif olsa, oynayaram. Ancaq dəvət gəlməsə, məşqçiliyə başlamaq istəyirəm. Artıq bu barədə “Qəbələ” Akademiyasının direktor müavini Nail Kərimovla da danışmışam. Demişəm ki, uzun müddətdir oynadığım klubda məşqçi kimi qalmaq istəyirəm”.

Səbuhi TOFİQOĞLU
0