Con Toşak insidentdən danışdı
28.05.2013 - 22:50
Con Toşak insidentdən danışdı
“Finalda uduzmaq çox məyusedicidir. Özü də penaltilər seriyasında”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

“Xəzər Lənkəran” bu gün ölkə kubokunun finalında “Neftçi”yə uduzdu. Oyun sonrası mətbuat konfransına qatılan uelsli çalışdırıcı bildirib ki, karyerası ərzində 3 dəfə kubokun finalında penaltilər seriyasında komandası məğlub olub: “Belə final karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm”.

Toşak oyundan sonra baş verən qalmaqala da toxunub: “Mən sadəcə, “Neftçi” futbolçularını təbrik etmək istəyirdim. Onlar hazırda ölkənin ən güclü komandasıdır. Rəqibimizə Çempionlar Liqasında uğurlar arzulayıram. Saşa Stamenkoviçə isə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi”.