“Xəzər Lənkəran”dan təklif almışdım”
28.05.2013 - 23:33
Türkiyə futbolunun canlı əfsanəsi Rıdvan Dilmən “Xəzər Lənkəran”da işləyə bilərmiş. Bu barədə apasport.az saytına eksklüziv müsahibəsində Dilmənin özü məlumat verib.
O bildirib ki, bir müddət əvvəl “ağ-yaşılar”dan təklif alıb: “Hardasa 5-6 il öncə “Xəzər Lənkəran” mənə təklif göndərmişdi. Klubun sahibi Mübariz Mənsimov mənim məşqçi olmağımı istəyirdi. Amma o zaman təklifi qəbul edə bilmədim. Buna səbəb isə telekanalla müqaviləmin olması idi”.
Dilmən, həmçinin bildirib ki, əvvəllər də “Neftci”nin oyununu canlı izləyib: “Bu, Avroliqada olmuşdu. “Partizan” və “İnter”lə oyunlara baxmışam. İtaliyalılarla görüşdə Rəşad Sadiqovun vurduğu qolu yaxşı xatırlayıram”.
Xatırladaq ki, Rıdvan Dilmən hazırda Türkiyənin “NTV Spor” kanalında şərhçi işləyir.
Səbuhi TOFİQOĞLU

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0