PFL “oxranalar”a qadağa qoyur
29.05.2013 - 23:01
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan kubokunun final oyununda baş verən qalmaqaldan nəticə çıxardıb, növbəti mövsümdə islahat edəcək. Qurumun prezidenti Ramin Musayev apasport.az saytına açıqlamasında 2013/14 mövsümündə oyunlar zamanı bütün komandaların mühafizə xidmətlərinin kənarda olacağını bildirib.
Belə ki, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında finalda yaşanan insidentdən sonra bu komandaların 1 ay sonra Superkubok matçında təhlükəsizliyin təminatı narahatçılıq doğurur.
Musayevin sözlərinə görə, rəqiblər arasında insident baş verərsə, bunun qarşısını almaq üçün PFL-nin mühafizəsinin, asayiş keşikçilərinin səyləri yetərlidir: “Mən özlüyümdə belə qərar qəbul etmişəm ki, oyunda heç bir komandanın mühafizəsindən 1 nəfər də stadionda olmayacaq. İstər çempionatda, kubokda, istərsə də Superkubokda. Hər komandadan 14-15 oyunçu olur və bunlar üçün lazımı mühafizə var. Burda əlbəyaxa döyüş deyil ki, çətinliklə üzləşəsən. İki nəfəri aralamağa nə var ki... Ancaq klubun mühafizəsi oyunçuların ətrafında, hətta paltardəyişmə otağında belə olmayacaq. Hansı tərəfdən olacaq, oyun dayandırılıb, ona məğlubiyyət veriləcək. Bu, daha belə olmalıdır, başqa cür mümkün deyil”.
Qeyd edək ki, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında Superkubok oyununun iyunun 27-28-də keçiriləcəyi gözlənilir. Tarix iyunun 24-də UEFA-nın keçirəcəyi püşkatmada klublarımızın avrokuboklarda rəqibləri bilinəndən sonra dəqiqləşəcək.
Mehman SÜLEYMANOV

0
0