“Neftçi” sərəncam verib, günahkarlarını axtarır
30.05.2013 - 17:30
“Neftçi” sərəncam verib, günahkarlarını axtarır
Azərbaycan kubokunun final oyunu çərçivəsində keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşması sonrası baş verən olaylar yenidən izləniləcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı “Neftçi” rəhbərliyi verib.

Belə ki, olaylar zamanı vəzifə təlimatlarını düzgün yerinə yetirməyən “Neftçi”nın Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam imzalanıb.

Mənbə: neftchipfk.com