Atletimizin debütü uğursuz alındı
11.07.2013 - 23:31
Rusiyanın Kazan şəhərində keçirilən XVII Yay Universiadasında ötən gün daha bir ağır atletimiz mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, qadınlar arasında çəkisi 75 kq-dan çox olan atletlərin yarışında Tatyana Varlamova ölkəmizin şərəfini qoruyub.
Təəssüf ki, milli komandamızda debüt edən idmançımız uğursuz çıxış edib.
Varlamovanın birdən qaldırma hərəkətində ilk sifariş verdiyi 115 kq, onun üçün çətin olub. Atletimiz üç yanaşmanın heç birində bu çəkinin öhdəsindən gələ bilməyib və nəticədə yarışı heç bir göstərici əldə etmədən, sıfırla başa vurub.

0
0