25-ci qələbə
12.07.2013 - 00:17
Bakının “İnter” klubu Azərbaycan komandalarının tarixi qələbəsinin müəllifi olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin “Mariehamn”la Finlandiyadakı cavab oyununda əldə olunan 2:0 hesablı zəfər klublarımızın Avropa Liqasında yubiley – 25-ci qələbəsi oldu. Əvvəllər UEFA kuboku adlanan bu yarışda dünənə kimi 22 qələbəsi olan Azərbaycan təmsilçilərinin son 3 uğuru bu rəqəmi 25-ə çatdırdı. Meydana sonuncu çıxan “bankirlər” də bu qələbənin sahibi oldu.
Qeyd edək ki, bu turnirdə ümumilikdə 104 qarşılaşmada komandalarımız 27 heç-heçə edib və 52 dəfə uduzub. “İnter”in oyununda vurulan 2-ci qol UEFA kuboku/Avropa Liqasında yubiley – 90-cu qolumuz oldusa, rəqiblərimiz 175 dəfə fərqlənib.

0
0