Cavadovdan 20-ci qol
12.07.2013 - 00:23
Cavadovdan 20-ci qol
Bakının “İnter” klubu avrokuboklardakı qollarının sayını 20-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin yubiley qolunun müəllifi Vaqif Cavadov olub.

Avropa Liqasının I təsnifat mərhələsinin “Mariehamn”la Finlandiyadakı oyununda 2-ci qolu vuran hücumçu “bankirlər”in yubiley topunu rəsmiləşdirib. Texniki nəticəyə görə verilən 3:0-ı top fərqinə saymamaqla bu görüşədək “İnter” 18 qol vurmuşdu. Bakılıların hələ “Xəzər Universiteti” adlandığı vaxt keçirdiyi matçları saymaqla paytaxt təmsilçisi 18-ci oyunda 20-yə çatdı.

Qeyd edək ki, “İnter” avrokuboklarda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 5 dəfə uduzub. Vurduğu 20 qolun qarşılığında 17-ni buraxan bakılılar Azərbaycanın yeganə klubudur ki, müsbət balansa malikdir.