“İnter”: “Qarabağ” kimi Skandinaviya gəzintisində
12.07.2013 - 00:57
Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan və Norveç klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, bu Avropa Liqasının II təsnifat mərhələsində gerçəkləşəcək. Həmin vaxt Bakının “İnter” klubu “Tromse” ilə qarşılaşacaq. Oyunlar iyulun 18-də və 25-də baş tutacaq.
Bunadək yalnız 1 dəfə 2 ölkə təmsilçiləri üz-üzə gəlib. 4 il əvvəl də elə məhz indiki kimi Avropa Liqasının II təsnifat mərhələsində belə duel gerçəkləşmişdi. Onda “Qarabağ” Skandinaviya ölkəsinin ən adlı-sanlı klubu “Rusenborq”u dayandırmışdı. Maraqlıdır ki, həmin vaxt norveçliləri keçən ağdamlılar yarımadanın digər komandası ilə - Finlandiya “Honka”sı ilə düşmüşdü.
“İnter” isə Skandinaviyanı Finlandiya “Mariehamn”ı ilə fəth etməyə başlayıb, sonra Norveçə yollanacaq.
16.07.2009 Rusenborq (Norveç) - Qarabağ 0:0
23.07.2009 Qarabağ - Rusenborq (Norveç) 1:0

0
0