Ən yaxşı tanış
12.07.2013 - 01:11
Ən yaxşı tanış
Avropa Liqasinin II təsnifat mərhələsində Polşanın “Pyast” klubu ilə qarşılaşacaq “Qarabağ” bu ölkə komandaları ilə 11-ci duelimizi gerçəkləşdirəcək. Apasport.az saytının məlumatına görə, “panlar” avrokuboklarda bizimkilərə ən çox rəqib olan ölkədir.

İndiyədək “Pyast”la qarşılaşmasaq da, onların həmyerliləri ilə 10 dəfə rəqib olmuşuq. Bu duellərdə baş tutan 20 matçda bizimkilər ən acınacaqlı məğlubiyyətlərini alıb. “Xəzri” 0:9, “Neftçi” 0:8 hesablı darmadağınını məhz polşalılardan alıb. Cəmi 4 dəfə qalib gəldiyimiz şərqi avropalılarla 13 heç-heçə edib, 15 dəfə uduzmuşuq. Top fərqi də acınacaqlıdır – 15:50.

10 dueldə yalnız 1 dəfə mərhələ adlamışıq ki, bunu da məhz “Qarabağ”ın 2 qələbəsi mümkün edib. Digər 9 halda isə sevinən rəqiblər olub. Bunların 4-də “Lex” sevinib.

17.07.1996 Qutnik (Krakov, Polşa) - Xəzri 9:0
24.07.1996 Xəzri - Qutnik (Krakov, Polşa) 2:2
23.07.1997 Neftçi - Vidzev (Polşa) 0:2
30.07.1997 Vidzev (Polşa) - Neftçi 8:0
22.07.1998 LKS (Polşa) - Kəpəz 4:1
29.07.1998 Kəpəz - LKS (Polşa) 1:3
18.06.2000 Zaqlebiye (Polşa) - Viləş 4:0
25.06.2000 Viləş - Zaqlebiye (Polşa) 1:3
19.06.2005 Karvan - Lex (Polşa) 1:2
25.06.2005 Lex (Polşa) - Karvan 2:0
19.07.2007 MKT Araz - Qrotslin (Polşa) 0:0
02.08.2007 Qrotslin (Polşa) - MKT Araz 1:0
19.07.2008 Neftçi - Vaslui (Rumıniya) 2:1
31.07.2008 Lex (Polşa) - Xəzər Lənkəran 4:1
13.07.2010 İnter - Lex (Polşa) 0:1
21.07.2010 Lex (Polşa) – İnter 0:1 p. 9:8
29.07.2010 Visla (Polşa) - Qarabağ 0:1
05.08.2010 Qarabağ - Visla (Polşa) 3:2
19.07.2012 Xəzər Lənkəran - Lex (Polşa) 1:1
26.07.2012 Lex (Polşa) - Xəzər Lənkəran 1:0