Millimizin üzvü Avstriyaya yollanır
12.07.2013 - 03:30
Millimizin üzvü Avstriyaya yollanır
Millimizin futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” yeni mövsümün hazırlıqlarını davam etdir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqsı təmsilçisinin hazırlıq çərçivəsində oynayacaqları komandaların adları bəlli olub.

Belə ki, Əskişəhər klubu iyulun 22-də Avstriyaya yollanacaqlar. Budakın komandası bu ölkədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Ərtoğrul Sağlamın yetirmələri əvvəlcə, iyulun 26-da yerli “Viener”lə münasibətlərinə aydınlıq gətirəcək. “Əskişəhərspor”un 2-ci qarşılaşacağı komanda onlara tanış rəqibdir. Bu, ölkə çempionatında üz-üzə gəldikləri “Kasımpaşa”dır. Onlar gürcüstanlı mütəxəssis Şota Arveladzenin komandası ilə iyulun 28-də görüşəcək. Son hazırlıq matçı isə iyulun 30-da Macarıstan “Sopron”u ilə olacaq.