“Sumqayıt” Gürcüstanda hazırlıqlara başladı
15.07.2013 - 15:00
"Sumqayıt" Topaz Premyer Liqasının 2013/14 mövsümü üçün hazırlıq mərhələsinin ikinci hissəsinə başlayıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın Batumi şəhərində yerləşən “Arqo” otelində məskunlaşan komanda hazırlığını davam etdirir.
Aqil Məmmədovun yetirmələri səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb. Artıq Pərdis Fərcad-Azad da komanda ilə birlikdə hazırlaşır. Zədəli olan adıçəkilən futbolçu hələ ki fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Hərbçilər arasında 1-ci Dünya Futbol Kubokunda iştirak edən Anar Nəzirov və “Bakı”dan icarəyə götürülmüş Nurlan Növruzov isə komandaya sabah qoşulacaq.

0
0