TFF-in rəsmisi Avroliqadakı təmsilçimizin oyununda
15.07.2013 - 15:14
TFF-in rəsmisi Avroliqadakı təmsilçimizin oyununda
Avropa Liqasında təmsilçimiz olan “Qarabağ”ın “Pyast”la keçirəcəyi hər iki oyunun hakimlər briqadası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu eyni zamanda hakim-inspektorların və UEFA nümayəndələrinin də adını açıqlayıb.

Belə ki, “Qarabağ”ın Bakıda keçirəcəyi oyunun UEFA nümayəndəsi Türkiyə Futbol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mətin Tuncer olacaq.

Avropa Liqası
II təsnifat mərhələsinin ilk oyunu
18 iyul

21:00. “Qarabağ” (Azərbaycan) - “Pyast” (Polşa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Damir Batiniç
Baş hakimin köməkçiləri: Qoran Pataki, Hrvoje Barişiç
Dördüncü hakim: Daniel Trampus (hakimlər briqadası Xorvatiyadandır)
UEFA nümayəndəsi: Mətin Tuncer (Türkiyə)
Hakim-inspektor: Qaetano De Qabriele (Malta)

II təsnifat mərhələsinin cavab oyunu
20:30. “Pyast” (Polşa) - “Qarabağ” (Azərbaycan)
25 iyul. Qlivitsa. “Pyast” stadionu
Baş hakim: Stanislav Todorov
Baş hakimin köməkçilər: Veselin Dobriyanov, Martin Dimitrov
Dördüncü hakim: Georgi Yordanov
(Hakimlər briqadası Bolqarıstandandır)
UEFA nümayəndəsi: Ronald Zimmermann (Almaniya)
Hakim-inspektor: Luçiano Luçi (İtaliya)