Aleksandr Çertoqanov “Sumqayıt”da - FOTOLAR
15.07.2013 - 15:19
Aleksandr Çertoqanov “Sumqayıt”da - FOTOLAR
Aleksandr Çertoqanov karyerasını yenə ölkəmizdə davam etdirməli olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”dən ayrıldıqdan sonra ölkəsi Ukraynaya yollanan milliləşdirilmiş yarımmüdafiəçi “Sumqayıt”dan təklif alıb.

33 yaşlı futbolçu hazırda “Sumqayıt”la birgədir. O, bu komandanın Gürcüstanın Batumi şəhərindəki hazırlıqlarında iştirak edir.

Qeyd edək ki, Aleksandr Çertoqanov “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədova yaxşı tanışdır. O, 2005/06 mövsümündə Məmmədovla “Neftçi”də birgə oynayaraq çempionatımızın bürünc medalını və Rusiyada keçirilən “Birlik Kuboku”nu qazanıb.