Berti Foqts avrokubok oyunlarını da izləyəcək
15.07.2013 - 15:33
Milli komandamızın baş məşqçisi Berti Foqts avrokubok oyunlarını izləyəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 17-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Skenderbeu" (Albaniya) qarşılaşmasını izləyəcək.
Bundan başqa, o, Avroliqanın II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Pyast" (Polşa) matçını izləyəcək.
Qeyd edək ki, Berti Foqts dünən hərbçilər arasında Bakıda keçirilən Dünya Kubokunun Azərbaycan – Fil Dişi Sahili və İraq – Oman görüşlərini canlı izləyib.

0
0