Daha bir tarix yazılası gün
15.07.2013 - 15:47
Daha bir tarix yazılası gün
Azərbaycan çempionu “Neftçi” iyulun 17-də avrokuboklarda mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasındakı təmsilçimizin Albaniyanın “Skenderbeu” klubu ilə görüşü bu tarixdə baş tutan 7-ci avrokubok matçımız olacaq.

İyulun 17-də qitə kuboklarının qarşılaşmasını keçirən klublarımız indiyədək 6 dəfə meydana çıxıb. Bu qarşılaşmalarda 2 qələbəsi olan təmsilçilərimiz 1 heç-heçə edib və 3 dəfə məğlub olub.

Hər 2 qələbənin müəllifi isə “Neftçi”dir. 3-cü dəfə bu tarixdə meydana çıxacaq “ağ-qaralar” əvvəlki 2 cəhddə iyulun 17-də qələbəni bayram ediblər. Özü də hər 2 halda bakılılar tarix yazmağa nail olub.

17 il əvvəl Sofiya “Lokomotiv”ini qəbul edən “Neftçi” avrokuboklar tarixində ilk qələbəmizi qazandı. Bu ilk sonda mərhələ keçmək üçün yetərli olmasa da, 1-ci qələbə kimi tarixə düşdü.

Ötən il Avropa Liqasını qrupuna düşməklə daha bir tarix yazan “Neftçi” həmin uğura məhz iyulun 17-də qədəm qoyduğu yolla nail olmuşdu. Çempionlar Liqasında evdə “Zestafoni”ni 3:0 hesabı ilə məğlub etdi. Gürcüstan təmsilçisi üzərində əldə olunan qələbə də tarixinin yazılması ilə əlamətdar oldu.

Bu matç “Neftçi”nin 18 illik avrokubok tarixində ilk və hələlik yeganə böyükhesablı qələbədir. Üstəlik həmin nəticə Çempionlar Liqasında 90 dəqiqə ərzində qazandığımız ilk və hələlik yeganə belə uğurdur. İyulun 17-dəki hər 2 oyunu tarixi qələbə ilə nəticələnən və 3 qolun vurulası ilə başa çatan “Neftçi” 3-cü sınağına çıxacaq.

İyulun 17-də keçirdiyimiz avrokubok oyunları
1996. “Neftçi” – “Lokomotiv” (Sofiya, Bolqarıstan) – 2:1
1996. “Qutnik” (Polşa) – “Xəzri” – 0:9
2007. “Xəzər Lənkəran” – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1
2008. “Xəzər Lənkəran” – “Lex” (Polşa) – 0:1
2008. “Voyvodina” (Serbiya) – “Olimpik” – 1:0
2012. “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0