Yığmamızın qapıçısı Türkiyədə oynayacaq - FOTO
15.07.2013 - 17:25
Yığmamızın qapıçısı Türkiyədə oynayacaq - FOTO
Millimizin qapıçısı Andrey Popoviç karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının 43-5.com saytına istinadən verdiyi məlumata görə, Andrey dünən “Tavşanlı Linyitspor”la 2 illik müqaviləyə imza atıb.

Belə ki, milliləşdirilmiş qapıçı klubun “Arif Peçenek” adlı bazasında baş menecer Abdullah Duran ilə görüşüb. Bundan sonra “qırmızı-qaralar”a məxsusluğunu ifadə edən müqavilə bağlanılıb. Azərbaycan pasportu olduğu üçün Popoviç Türkiyənin 1-ci dəstə klubunda legioner sayılmayacaq.

Qeyd edək ki, milliyyətcə ukraynalı olan Andrey Popoviç “Turan”dan ayrıldıqdan sonra “Samsunspor”da baxışda olsa da, bu kluba keçidi baş tutmamışdı.