“Bucaspor” azərbaycanlı futbolçuya daha bir şans verir
15.07.2013 - 18:34
Türkiyənin “Bucaspor” klubunun heyətində baxışda olan azərbaycanlı yarımmüdafiəçi Ramal Hüseynovun taleyinə aydınlıq gəlmək üzrədir. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi 28 yaşlı futbolçunu komandada saxlamağa çox yaxındır.
Belə ki, “Bucaspor”un məşqçi qərargahı Ramala daha bir şansı verməyə qərar verib. Hüseynov türk klubunun ikinci təlim-məşq toplanışına qatılacaq. Bundan sonra onun “Bucaspor”da qalıb-qalmayacağı müəyyənləşəcək.

0
0