“Sumqayıt” Gürcüstan klubları ilə qarşılaşacaq
15.07.2013 - 19:01
“Sumqayıt” Gürcüstan klubları ilə qarşılaşacaq
Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən "Sumqayıt" qonşu ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, artıq baş tutacaq 2 oyundakı rəqiblərin kimliyinə aydınlıq gəlib.

Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 17-də Gürcüstan I liqa təmsilçisi "Mertsxali" ilə qüvvəsini sınayacaq. "Sumqayıt" iyulun 20-də isə Premyer Liqa təmsilçisi "Merani Martvili" ilə üz-üzə gələcək.

Qeyd edək ki, üçüncü yoxlama oyunundakı rəqib və tarix hələlik bəlli deyil.