FİFA İsraili cəzalandırmaqla hədələyir
15.07.2013 - 20:10
FİFA DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan İsrail yığması qarşı sərt sanksiya tətbiq edə bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb yerli hökumətin futbol federasiyasının daxili işlərinə qarışmasıdır.
Belə ki, İsrail Gənclər və İdman naziri Limor Livmat ölkə futbol federasiyasında (İFF) köklü islahatların aparılmasını və İFF-nin prezidenti Avi Luzonun istefasını tələb edir.
Lakin İsraildə səfərdə olan FİFA prezidenti Yozef Blatter bunları birmənalı qarşılayıb və yerli hökumətin federasiyanın işinə müdaxiləsinin düzgün olmadığını deyib.
O bildirib ki, belə addım baş verərsə, həmin zaman FİFA İsrail millisini və bu ölkənin bütün komandalarını beynəlxalq miqyaslı yarışlardan uzaqlaşdıracaq.
Qeyd edək ki, İsrail - Azərbaycan matçı sentyabrın 7-də Təl-Əviv şəhərindəki “Ramat Gan” stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) başlayacaq.
İsrail klubuna gəldik də isə “Makkabi” (Hayfa) Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Xəzər Lənkəran”la qarşılaşacaq. Bu matç iyulun 18-də baş tutacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

0
0