“Styaua” və “Dinamo” qazandı, “Şerif” heç-heçə etdi - YENİLƏNİB
16.07.2013 - 23:26
“Styaua”  və “Dinamo” qazandı, “Şerif” heç-heçə etdi - YENİLƏNİB
Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Neftçi”nin Albaniya “Skenderbeu”su ilə üz-üzə gəldiyi bu mərhələnin ilk oyun günündə azarkeşlər 8 oyun izləyib.

2 gündə keçiriləcək Avropanın ən nüfuzlu klub turnirinin açılış oyununda “Viktoriya” evdə “Jelezniçar”ı, “Dinamo” “Streymur”u, “Styaua” “Vardar”ı məğlub edib.

“Şaxtyor” səfərdə BATE-yə, “Hafnarfyordur” “Ekranas”a qalib gəlib.

“Şerif” - “Sutyeska” və “Birkirkara” - “Maribor” matçı isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi”nin oyunu da daxil olmaqla bu gün 9 qarşılaşma baş tutacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
16 iyul

“Viktoriya” (Çexiya) – “Jelezniçar” (Bosniya və Herseqovina) - 4:3
Qollar: Kisovski, 63, Kolar, 66; 76, Raytoral, 81 - Tomiç, 52, Bajiç, 78, Busan, 85

BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) - 0:1
Qol: Kiznikenko, 48

“Dinamo” (Gürcüstan) – “Streymur” (Farer adaları) - 6:1
Qollar: Ustarits, 40, Dvali, 43, Griqalashvili, 72, Xisko, 75, Vouho, 77; 81 - Qlisiç, 42-avtoqol

“Şerif” (Moldova) – “Sutyeska” (Çernoqoriya) - 1:1
Qollar: Henrike, 45 - Pejoviç, 45

“Ekranas” (Litva) – “Hafnarfyordur” (İslandiya) - 0:1
Qol: Vidarsson, 29

“Fola” (Lüksemburq) – “Dinamo” (Xorvatiya) - 0:5
Qollar: Soudani, 59; 63, Kop, 64, Ademi, 75, Fernandes, 79

“Birkirkara” (Malta) – “Maribor” (Sloveniya) - 0:0

“Styaua” (Rumıniya) – “Vardar” (Makedoniya) - 3:0
Qollar: Tanase, 12, Pintilii, 21, Pavloviç, 45+2