Yığmamızın müdafiəçisi yeni mövsümə hazırlaşır - FOTO
16.07.2013 - 00:00
Yığmamızın müdafiəçisi yeni mövsümə hazırlaşır - FOTO
Millimizin futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor” yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə klubu bir günlük istirahətdən sonra ötən gün səhər saatlarında məşqə çıxıb.

Əskişəhər klubunun hazırlığı baş məşqçi Ertoğrul Sağlamın rəhbərliyi altında təxminən 50 dəqiqə çəkib. Superliqa təmsilçisinin heyətində yığmamızın üzvü Budak da həmişə olduğu kimi məşqlərdə yaxından iştirak edir.

Qeyd edək ki, “Əskişəhərspor” iyulun 22-də Avstriyaya yollanacaq.