“Simurq” “Olimpiakos”a məğlub oldu - YENİLƏNİB
16.07.2013 - 21:22
“Simurq” “Olimpiakos”a məğlub oldu - YENİLƏNİB
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb.

Tirol şəhərində baş tutan oyunda “Simurq” yunan klubuna 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri Türkiyə toplanışı zamanı 3 oyunda qüvvəsini sınayıb. Əvvəlcə “Simurq” “Spartak-Nalçik”ə (1:0) uduzub. Təmsilçimiz ikinci matçda “Dila” (3:3) ilə heç-heçə edib. Zaqatalalılar son oyununda da Gürcüstan klubu ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.

Yoxlama oyunu
16 iyul

“Simurq” – “Olimpiakos” - 1:2
Qol: Zrnanoviç, 47