David Vilya “Atletiko”ya keçməsinin səbəbini açıqladı
16.07.2013 - 03:01
David Vilya “Atletiko”ya keçməsinin səbəbini açıqladı
“Mənə “Atletiko” ailəsi ehtiyacım olan sevgini verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”dan “Atletiko”ya keçən David Vilya deyib.

İspaniya milli komandasının hücumçusu ötən gün “Visente Kalderon” stadionunda 20 min azarkeşin önünə çıxıb.

Vilya Kataloniya təmsilçisini tərk edib, Madrid klubunu seçməsinin səbəbini açıqlayıb: “Karyeram ərzində hələ özümü göstərəcək zamanım var. Ehtiyat oyunçular skamyasında oturarkən bunları reallaşdırmaq mümkün deyil. “Atletiko”da özümün ən yaxşı oyunlarımı göstərməyə çalışacam. Bu gündən etibarən Madrid klubu mənim üçün dünyanın ən yaxşı komandasıdır. “Braselona”dan ayrılmağımın səbəbi isə orada meydana daim çıxa bilmirdim və qarşıda dünya çempionatı var. Bu idman növünə aşiq olmuşam. Əminəm ki, Radamel Falkaonun yoxluğunu komandada hiss etdirməyəcəyəm”.