Almaniya Superkuboku ölkədə böyük ajiotaja səbəb olacaq
16.07.2013 - 05:03
Almaniya Superkuboku ölkədə böyük ajiotaja səbəb olacaq
Almaniya Superkuboku üçün biletlərin satışı davam edir. Apasport.az saytının məlumatına görə, ölkə futbol federasiyası satdığı biletlərin artıq 70 mini alınıb.

Daha 12 mini isə satılmaq üzrədir. Bu, Almaniyada böyük ajiotaja səbəb olacaq.

Qeyd edək ki, Almaniya Superkuboku Dortmund “Borussiya”sı və Münhen “Bavariya”sı arasında baş tutacaq. Qarşılaşma iyulun 27-də keçiriləcək. Oyun isə 82 min azarkeş tutumuna malik olan “Siqnal İduna Park”da reallaşacaq.