“Real” “Mançester Yunayted”i keçdi
16.07.2013 - 05:40
Dünyanın ən bahalı futbol klublarının yeni siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, məşhur “Forbes” jurnalının mütəmadi tərtib etdiyi siyahının ilk “10-luğ”unda yalnız Avropa komandaları qərarlaşıb.
Bu dəfə reytinq cədvəlində lider dəyişikliyi baş verib. Belə ki, son illər 1-ci yeri heç kimlə bölüşməyən İngiltərə nəhəngi - “Mançester Yunayted” ilk pilləni “Real”a təhvil verib. İndi “Kral klubu”nun dəyəri 3,3 milyard dollar olub. “Qırmızı şeytanlar” isə madridlilərdən 135 milyon dollar geri qalır.
Üçüncü yeri isə büdcəsində 2,6 milyard dollar olan “Braselona” tutur..
Reytinqin ilk “10-luğ”u bunlardır:
1. “Real” (İspaniya) - 3,3 milyard dollar
2. “Mançester Yunayted” (İngiltərə) - 3,165 milyard dollar
3. “Barselona” (İspaniya) - 2,6 milyard dollar
4. “Arsenal” (İngiltərə) - 1,326 milyard dollar
5. “Bavariya” (Almaniya) - 1,309 milyard dollar
6. “Milan” (İtaliya) - 0,945 milyard dollar
7. "Çelsi" (İngiltərə) - 0,901 milyard dollar
8. "Yuventus" (İtaliya) - 0,694 milyard dollar
9. "Mançester Siti” (İngiltərə) - 0,689 milyard dollar
10. "Liverpul" (İngiltərə) - 0,651 milyard dollar

0
0