“Pyast”ın prezidenti: Belə hadisə bütün Avropada səs-küylə nəticələnər
16.07.2013 - 08:34
“Azərbaycana səfər üçün lazım olanlardan miqrasiya xidmətinin razılığı ilə bağlı problemimiz oldu. Lakin məsələni vaxtında həll edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Pyast” klubunun prezidenti Yaroslav Kolodzeyçik deyib.
Avropa Liqasının II təsnifat mərhələsində Ağdam “Qarabağ”ı ilə qarşılaşacaq Qlivitsa təmsilçisinin rəhbəri iyulun 18-də Bakıda baş tutacaq ilk oyuna gəlməklə bağlı problemlə üzləşdiklərini təsdiqləyib: “Ən azı mətbuata yazmağa nə isə var. Bir neçə il əvvəl “Kazaklar necə futbol oynayır” cizgi filminə baxmışdım. İndi də “Pyast” necə uçdu” mövzusunu işləmək olar. Biz iyulun 16-da heç olmasa günorta səfərə çıxmaq istəyirik. İstədiyimiz kimi olmasa da axşam yola düşərdik. Biz gecəni göydə olmaq istəmirik. Vizaları almaq üçün hələ nə qədər güc sərf edəcəyimizi bilmirik. Mən ümumiyyətlə, viza ala bilməyəcəyimizi təsəvvürümə gətirmirəm. Bu absurd olardı. Belə hadisə bütün Avropada səs-küylə nəticələnər”.

0
0