“Pyast” “Qəbələ”yə lazım olmayan legioneri baxışdan keçirir
16.07.2013 - 10:47
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində üzləşəcəyi Polşanın “Pyast” klubu heyətinə yeni futbolçular cəlb edib. Apasport.az saytının məlumatına görə, Qlivitsa təmsilçisi İspaniyanın “Xetafe” klubundan Mark Karles Embuena Martinesi transfer edib. 25 yaşlı ispaniyalı dayaq yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. “Valensiya”nın yetirməsi olan futbolçu ölkəsinin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.
Polşalıların düşərgəsində olan digər oyunçu isə baxışdan keçirərək, bizim üçün tanış simadır. Belə ki, bu, 2010/11 mövsümündə “Qəbələ”də oynamış 28 yaşlı hollandiyalı hücumçu Con Kollinzdir. İngiltərəli Toni Adamsın baş məşqçiliyi vaxtında – 2011-ci ilin qışında transfer edilən Liberiya əsilli futbolçu ilə 2,5 illik müqavilə imzalanmışdı. Ancaq legioner az oynayaraq, mövsüm bitəndən sonra lazım olmadı.
Hollandiya pasportu ilə əsas yığmasında Marko Van Bastenin baş məşqçiliyi vaxtında 2 oyun keçirən Kollinz, ölkənin U-19 və U-21 komandalarının heyətində də yer alıb. Con klub karyerasına yerli “Tvente”də start verib. Daha sonra futbol həyatını İngiltərədə davam etdirən Kollinz burada “Fulhem”, “Lester Siti”, “Uotford”da oynayıb. “Fulhem” onu həmin vaxt 3,5 milyon avroya transfer edib.
2008-ci ildə yenidən Hollandiyaya qayıdan Con 1 il “Neymegen”də olandan sonra Belçikanın “Rozelare” klubuna transfer olunub. Onun “Qəbələ”dən öncəki komandası isə ABŞ-da “Çikaqo Fayr” olub.

0
0