“Rəvan” Sloveniyaya 18 futbolçu ilə yollanıb
16.07.2013 - 11:45
Yeni mövsüm üçün çalışmalarına davam edən “Rəvan” hazırlığın ikinci mərhələsi üçün artıq Sloveniyadadır. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, 29 nəfərlik heyətdə 18 futbolçu yer alıb.
Belə ki, “Rəvan” bazar günü Bakı vaxtı ilə saat 18:00-da uzun yolçuluğa start verib. 4 saatlıq təyyarə uçuşundan sonra Avstriyanın paytaxtı Vyanaya çatan heyət üzvləri Motsart, Bethoven və s. kimi dahilərin vətənində bir qədər dincəldikdən sonra hazırlığın baş tutacağı Mariborun yolunu tutub. Sloveniyanın adıçəkilən şəhərinin komanda üçün baza kimi nəzərdə tutulan hissəsinə - "Draş Center Hotel”ə isə yerli vaxtla saat 00:00-da çatmaq mümkün olub.
Qeyd edək ki, bu günə komandanın 2 məşqi nəzərdə tutulub.

0
0