“Raul “Xəzər Lənkəran”dan konkret təklif alıb”
16.07.2013 - 13:19
“Raul Kostin artıq “Vaslui”nin futbolçusu deyil. Yarımmüdafiəçimiz klubumuzla müqavilə bağlasa da, onun uzadılması ilə bağlı rəhbərliklə razılığa gəlmədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın “Vaslui” klubunun baş məşqçisi İlie Stan deyib.
Mütəxəssis 28 yaşlı mərkəz yarımmüdafiəçisi Raul Kostinin 4 ildir şərəfini qoruduğu komandadan ayrıldığını açıqlayıb. Avstriyadakı təlim-məşq toplanışı zamanı müsahibə verən Stan Raulun “Xəzər Lənkəran”dan təklif aldığını iddia edir: “Böyük ehtimalla Kostin gələn mövsümdə Azərbaycanda çıxış edəcək. Raul “Xəzər Lənkəran”dan konkret təklif alıb. Yaxın günlərdə onun gələcək taleyinə aydınlıq gəlməlidir”.
Qeyd edək ki, karyerası ərzində vətənində “Nasional”, “Sibiu” və “Daçiya” klublarında da oynamış yarımmüdafiəçi 2009-cu ildən “Vaslui”nin şərəfini qoruyurdu.

0
0