“Simurq”un oyununu Yunanıstanda göstərəcəklər
16.07.2013 - 14:00
Avstriyada hazırlıqlarını davam etdirən “Simurq”un bu gün “Olimpiakos”la keçirəcəyi yoxlama oyunu Yunanıstanda canlı göstəriləcək. Apasport.az saytının məlumatına görə, Pirey klubunun Avstriyadakı matçlarını vermək hüququ olan “NovaSports1” bu görüşü canlı yayınlayacaq.
Qeyd edək ki, “Simurq” – “Olimpiakos” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qarşılaşma Avstriyanın Svats qəsəbəsindəki meydançada baş tutacaq.
Qeyd edək ki, “Simurq” – “Olimpiakos” oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qarşılaşma Avstriyanın Svats qəsəbəsindəki meydançada baş tutacaq.
0
0