Berti Foqts “Cırtdan”da – FOTOSESSİYA
16.07.2013 - 14:03
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 15 yaşlılardan ibarət yığmamıza (U-15) baş çəkib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və baş katib Elxan Məmmədovla birgə assosiasiya tərəfindən iyulun 5-dən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində U-15-in geniş tərkibli heyəti üçün təşkil olunmuş düşərgədə olublar.
Əliyevlə Məmmədov çıxış edərək düşərgənin təşkil olunmasının əsas məqsədinin 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatında mübarizə aparacaq Azərbaycan yığmasına namizədlərin müəyyənləşdirilməsi, komandanın formalaşdırılması prosesinə indidən start verilməsi olduğunu bildiriblər. AFFA rəsmiləri uşaqların futbolla yanaşı, təhsilə də xüsusi diqqətlə yanaşmalarının vacibliyini vurğulayıblar.
Foqts qeyd edib ki, gələcəkdə yüksək səviyyəli peşəkar futbolçu olmaq üçün hər bir fürsətdən səmərəli yararlanmaq lazımdır və bu düşərgədə uşaqlara yaxşı yaradılıb. Sonra AFFA rəsmiləri düşərgənin ərazisinə baxış keçirib, uşaqlara yaradlmış şəraitlə tanış olublar.
Qeyd edək ki, düşərgədə məşqlərlə yanaşı intellektual oyunlar, əyləncəli tədbirlər keçirlir.

0
0