Andrey Popoviçin komanda yoldaşının avtomobili yandı – FOTO
16.07.2013 - 16:53
Andrey Popoviçin “Tavşanlı Linyitspor”da yeni komanda yoldaşı olan Akim Aqbetu qeyri-adi hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, nigeriyalı hücumçunun kirayəyə götürdüyü avtomobil Kütahya – Tavşanlı yolunun 15-ci kilometrliyində birdənbirə tüstüləməyə başlayıb.
Belədə 25 yaşlı futbolçu maşını sağa çəkib nə olmasını anlamağa çalışıb. Ancaq avtomobilin motor ön hissəsinin qapağını açarkən avtomobil yanmağa başlayıb. O və maşında olan meneceri yanğını söndürə bilməyəcəklərini bilincə, yanğınsöndürməni çağırıb. Bununla belə, avtomobil tamamilə yanıb və onu xilas etmək mümkün olmayıb.

0
0