“Rəvan” Sloveniyada ilk məşqinə çıxdı - FOTOSESSİYA
16.07.2013 - 17:54
“Rəvan” Sloveniyada ilk məşqinə çıxdı - FOTOSESSİYA
"Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komanda bu gün yerli vaxtla səhər saatlarında Sloveniyada ilk məşqinə çıxıb.

Maribordakı ilk məşq daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanıb. Futbolçular baş məşqçi Ramil Əliyevdən təlimatlar aldıqdan sonra fiziki hazırlıq üzrə çalışdırıcı Rastislav Şvitskinin ixtiyarına verilib.

Oyunçular komandanın məşkunlaşdığı “Draş Center Hotel”in yaxınlığındakı futbol meydançasında və onun ətrafında hazırlıq keçib. Ətrafın tamamilə yaşıl rəngə bürünməsi, dağlar və şəhərin ümumi panoraması əla vəhdət yaradıb. Futbolçular da belə mühitdə məşq etməkdən tam razı görünüb. Elə ona görə də meşənin içi ilə 5 dövrəlik qaçış bir göz qırpımında yekunlaşıb. Ardından meydançanın içərisində hazırlıq davam edib.