Mirel Yosa: Bakıda nəticə qazansaq, evdə bizə daha çətin olacaq - MÜSAHİBƏ
16.07.2013 - 19:02
Mirel Yosa: Bakıda nəticə qazansaq, evdə bizə daha çətin olacaq - MÜSAHİBƏ
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin ardınca Albaniyanın “Skenderbeu” klubundakı həmkarı Mirsal Yosa jurnalistlər qarşısına çıxıb. Apasport.az saytının məlumatına görə, albaniyalı çalışdırıcı də mətbuat konfransında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqda fikirlərlə başlayıb.

- Sabah bizim üçün çox vacib bir oyundur. Bu, həm özümüz, həm də Albaniya futbolu üçündür. Bildiyiniz kimi, biz ölkəmizin üçqat çempionuyuq. İstəyirik ki, son 2 mövsümdə daha yaxşı oyun göstərək, nəticə qazanaq. Oyunun çətinliyini dərk edirik. Hansı komandaya qarşı oynadığımızı bilirik. Komandanın maliyyə vəziyyəti haqda məlumatımız var. Ancaq futbolda önəmli pul yox, oynamaqdır. Biz təkcə Albaniyadan yox, daha güclü komandalar qarşı da oynamışıq. “Neftçi” kimi Avstriyada təlim-məşq toplanışı keçmişik. Təlim-məşq toplanışında oyunumuzu gördülər, biz də həmçinin onların. Ancaq “Neftçi” ilə sabahkı oyunda fərqli komanda görəcəyik. Komandalara “Fair Play” arzulayıram. Mən futbolçularıma inanıram.

- “Neftçi”dən hansı futbolçulardan ehtiyatlanırsınız?
- Rəqibimizin bir neçə oyununa baxmışıq. Çox güclü futbolçuları var. Təbii ki, canlı oyun videogörüntüdən fərqlənir. “Neftçi”nin kapitanını (Rəşad Sadiqov nəzərdə tutulur-red) fərqləndirərdim. 7 nömrənin (Araz Abdullayev) yaxşı keyfiyyətləri var. Orta xətdə braziliyalı futbolçunu (Flavinyo) qeyd edərdim. Çünki çox fərqli oyun üslubuna malikdir. 10 nömrəli futbolçu (Julius Vobay) da yaxşı fərdi keyfiyyətlərə malikdir. Həmin futbolçular oyunda öz sözlərini deyə bilərlər.

- “Neftçi”nin güclü azarkeş dəstəyinə malik olmağı sizi qorxutmur?
- Futbolda qorxaq oynamaq lazım deyil. Böyük dəstəyin olmağı normal haldır. Belə atmosferdə oynamaq daha yaxşıdır. Arzu edirəm ki, sabah həm burda, həm də evdə yaxşı dəstək olsun.

- “Neftçi”dəki həmkarınız hücum futbolu oynayacağını, rəqibdən açıq futbol görmək istəyir...
- Əminəm ki, “Neftçi” hücum futbolu oynayacaq. Yalnız müdafiə olmaq fikrində deyilik. Biz də hücum futbolu oynayacağıq. Müdafiə futbolu oynayanda, özümüz üçün problem yarada bilərik.
Beynəlxalq oyunlarda təcrübə çox vacibdir. “Neftçi”nin ötən mövsüm uğurlu çıxışı, nəticələrdən xəbərimiz var. Ancaq əsas hazırkı şərait, ab-hava daha vacibdir.

- Böyükağa Hacıyev mətbuat konfransında onu da bildirib ki, Albaniyadakı oyun onlar üçün evdəkindən asan olacaq...
- Fikrimcə, hər oyun çox çətin olacaq. Biz indi ikinci oyun haqda fikir yürüdə bilmərik. İlk 90 dəqiqəni oynasaq, cavab matçını sonra fikirləşərik. Əgər burda yaxşı nəticə qazansaq, evdə bizə daha çətin olacaq. Çünki “Neftçi”nin ötən mövsüm Avropa Liqasında səfərdəki nəticələri - Kiprdə APOel, İtaliyada “İnter”lə oyunlarda qazandıqlarından xəbərimiz var.

Mehman SÜLEYMANOV