“Skenderbeu”nun kapitanı: “Neftçi”nin 2 futbolçusunu fərqləndirərdim
16.07.2013 - 19:08
“Neftçi”ni tanıyırıq, çox futbolçusuna bələdik. Bilirik ki, sabah çox çətin oyun olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkenbi bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
O, Çempionlar Liqasının II təsnifat mərhələsində sabah qonağı olacaqları “Neftçi”də yarımmüdafiəçilər – kapitan Rəşad Sadiqovla Araz Abdullayevi xüsusilə fərqləndirib: “Ancaq “Neftçi” yaxşı futbolçular çoxdur. Rəqibə hörmətlə yanaşırıq. Bura futbol oynamağa gəlmişik və çəkinmirik. Öz futbolumuzu göstərəcəyik. “Neftçi” müdafiədə çox güclü futbolçulara malikdir. Əgər müdafiədən oynasaq, nəticə əldə edə bilmərik. Komandanızdan çəkinmirik”.
Mehman SÜLEYMANOV

0
0