“Qarabağ”ın rəqibi Bakıya çarter reysi ilə gəlir
16.07.2013 - 20:01
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Pyast” bu gün Bakıya uçacaq. Apasport.az saytının məlumatına görə, Polşa klubu viza problemi ilə üzləşməsinə baxmayaraq, 30 nəfərdən çox şəxs çarter reysi ilə paytaxtımıza üz tutacaq.
Təyyarədə 22 oyunçu, məşqçilər qərargahı, komandanın həkimləri, marketinq şöbəsinin bir əməkdaşı və fotoqrafçı yer alacaq. Bundan başqa, klubun idarə heyətinin sədri və prezidenti də paytaxtımıza 30 nəfərdən çox şəxsin yer aldığı çarter reysi ilə gələcək.
Qeyd edək ki, iyulun 18-də Bakıda meydana çıxacaq polşalılar viza ala bilmədiklərindən dünən planlaşdırdıqları səfərini ertələməli oldular.

0
0