“Qarabağ”a qarşı yaxşı hazırlaşdıq”
16.07.2013 - 21:36
“İndi hər kəsə qalib gəlmək çətindir. Biz “Qarabağ”la oyunda yalnız ən yaxşı oyunumuzu göstərib, 100 faizlik uğur əldə etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi “Pyast”ın mərkəzi yarımmüdafiəçisi Mariuş Zqanias deyib.
29 yaşlı futbolçu Ağdam klubu ilə oyunöncəsi fikirlərini bildirib: “İlk matçda üstünlük meydan sahiblərinin olacaq. Bununla belə, biz rəqibə qarşı yaxşı hazırlaşdıq və hesab edirəm ki, görüşdən qalib ayrılmağı bacaracağıq. Əks halda, Avropa Liqası macəramız başa çatacaq. “Qarabağ”ın oyunlarını video vasitəsi ilə izləmişik. Rəqibin bütün hücumlarına xüsusilə ehtiyatlı olmalıyıq. Onların heyətində yaxşı və çox təhlükəli oyunçular var”.
Qeyd edək ki, “Qarabağ” - “Pyast” matçı iyulun 18-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı isə xorvatiyalı referi Damir Batiniç idarə edəcək.

0
0