“Neftçi” albanlarla bacarmadı
17.07.2013 - 21:48
“Neftçi” albanlarla bacarmadı
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitənin ən titullu klub turnirində yeganə təmsilçimiz “Neftçi” də bu gün mübarizəyə qoşulub.

Ötən mövsüm Avropada uğurlu çıxışı ilə futbolumuzda tarix yazaraq, diqqət mərkəzinə düşən bakılılar Albaniyanın “Skenderbeu” klubunu qonaq edib.

8-ci km qəsəbə stadionunda baş tutan görüşdə Böyükağa Hacıyevin yetirmələri qitə miqyaslı turnirdə ilk dəfə üzləşdiyi Korça təmsilçisini məğlub etməyi bacarmayıb. Oyuna hücumlarla başlayan flaqman 90 dəqiqə ərzində rəqibin qapısına yol tapa bilməyib və görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” sabah meydana çıxacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
17 iyul

“Neftçi” (AZƏRBAYCAN) – “Skenderbeu” (Albaniya) - 0:0
Bakı. 8-ci km qəsəbə stadionu
Baş hakim: Leontios Trattou
Baş hakimin köməkçiləri: Mixael Soteriou, Angela Kiriakou
Dördüncü hakim: Marios Tsaggaris (hakimlər briqadası Kiprdəndir)
UEFA nümayəndəsi: Aynar Leppanen (Estoniya)
Hakim-inspektor: İlkka Koho (Finlandiya)

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Kruz, 5. İqor Mitreski, 16. Buruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Valensio Aleks Flavio, 10. Julius Vobay, 15. Erik Ramos, 11. Melvin Platje
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 2. Alexandr Karlos Kardosa, 4. Tərlan Quliyev, 32. Elvin Yunuszadə, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 14. Bahodir Nasimov,
Baş məşqçi: Böyükağa Hacıyev

“Skenderbeu”: 1. Orqes Şehi, 3. Renato Arapi, 20. Ademir Ribeyro, 33. Marko Radas, 78. İvan Qvozdenoviç, 8. Nureddin Orelesi, 17. Gilman Lika, 31. Jetmir Sefa, 88. Sabiean Lilay, 10. Bledi Şkembi (k), 22. Pero Pejiç
Baş məşqçi: Mirel Yosa

İlk hissə başladı. Topa təmsilçimiz toxundu.
Erik Ramos qaydanı pozdu.
Rəqib cərmə zərbəsini yerinə yetirir.
Stamenkovi qonaq komandanın oyunçusunun zərbəsini dəf etdi.
Ramos yenə qaydanı pozdu.
Platjenin zərbəsi dəqiq olmadı.
8-ci dəqiqədə “Skenderbeu” hesabı açmağa yaxşı imkan əldə etdi, lakin yararlana bilmədilər.
Flaqman hücum qurmağa çalışır.
Abdullayevin küncdən ötürdüyü zərbəni qola çevirən olmadı.
Denis rəqibə qarşı kobudluqla oynadı.
Şükürovun cərmə zərbəsindən ötürdüyü topdan sonra təmsilçimizin futbolçuları oyundankənar vəziyyətdə oldu.
Pero Pejiç də oyundankənar vəziyyətə düşdü.
Flavinyonun uzaqdan vurduğu zərbədə dəqiqlik çatmadı.
“Neftçi” hücumlarının kəsərini artırır.
Sadiqova qarşı kobudluq etdilər.
22-ci dəqiqədə hakim Sadiqovu sarı vərəqə ilə cəzalandırdı.
Mahirin sağ cinahdan qapı önünə ötürməsinə təmsilçimizin futbolçuları qola çevirə bilmədilər.
Vobayın istəyi baş tutmadı.
25-ci dəqiqədə “Neftçi” hesabı açmağa yaxın oldu.
Təmsilçimiz yenidən hücum qurmağa çalışır.
Albaniya klubunun oyunçusu meydanın mərkəzində yerdə qalıb.
Abdullayevin zərbəsi müdafiəçilərdən geri qayıtdı.
Şükürovun cərmə meydançasına ötürdüyü topu rəqib qapıçı tutmağı bacardı.
Melvin Platje qaydanı pozdu.
40-cı dəqiqədə təmsilçimiz hesabı aça bilmədi. Platje dəqiq oyamağı bacarmadı.
Pero Pejiç ard-arda oyundankənar vəziyətdə oldu.
Şükürovun sağ cinahdan qapı önünə asması ünvansız oldu.
İlk hissə qolsuz heç-heçə ilə başa çatdı.

Fasilə.

İkinci hissəyə qonalar başladı.
Qonaqların cərmə zərbəsindən vurduğu zərbəni təmsilçimizin qolkiperi çıxardı.
“Neftçi” hücum qurmağa çalışır.
Təmsilçimizin hücumu təhlükəli alındı.
Qonaqların qapıçısı zədələndi.
“Skenderbeu”nun futbolçuları hesabı açmağa yaxın oldular.
Hakim rəqibin qapısına cərmə zərbəsi təyin etdi.
Təmsilçimiz hesabı açmağa yaxın oldu, lakin futbolçularımız fərqlənə bilmədi.
“Neftçi” hücum qurmlarının kəsərini artırır.
Bertuçinin zərbəsi rəqib futbolçularına dəyərək kücdən çölə çıxdı.
65-ci dəqiqədə hakim Ademir Ribeyronu sarı vərəqə ilə cəzalandırdı.
67-ci dəqiqədə təmsilçimiz küncdən zərbəni yerinə yetirdi, lakin qol vura bilmədilər.
Qonaqlar hücum qurmağa çalışır.
69-cu dəqiqədə Araz Abdullayev meydandan çıxdı, onun yerinə meydana Cavid İmamverdiyev daxil oldu.
Qonaların hücumu təhlükəli oldu.
Pero Pejiç zədələnərək, meydanda yerə yığılıb. Hazırda həkimlər onu çölə çıxardı.
Flaviniyo əlverişli imkandan yararlana bilmədi.
Vobay küncdən topu oyuna daxil etdi, lakin təmsilçilərimiz fərqlənə bilmədilər.
77-ci dəqiqədə İqor Mitreski hakimə narazılığını bildirdiyi üçün referi ona sarı vərəqə göstərdi.
79-cu dəqiqədə hakim bu dəfə rəqib komandanın futbolçusu Jetmir Sefanı sarı vərəqə ilə cəzalandırdı.
Vobayın zərbəsini rəqiqb qolkiper dəf etdi.
81-ci dəqiqədə Jetmir Sefanın yerinə meydana Abazi daxil oldu.
Hakim Mahir Şükürova cərı vərəqə göstərdi.
Pejiç oyundankənar vəziyyətə düşüdü.
Qonaqların hücumu təhlükəsis oldu.
“Skenderbeu”nun futbolçu Nureddin Orelesi meydanın mərkəzində yerə yıxılıdı.
Vobayın yerinə Bahodir Nasimov meydana daxil oldu.
88-ci dəqiqədə Flavinyo və rəqib komandanın futbolçusu yerə yıxıldı.
Təmsilçimiz küncdən zərbəni yerinə yetirdi.
Hakim ikinci yarıya 3 dəqiqə əlavə etdi.
Flovinyo Abaziyə qarşı kobudluqla oynadı. Hakim hər iki futbolçunu sarı vərəqi ilə cəzalandırdı.
Oyun başa qolsuz heç-heçə ilə başa çatdı.