“Yuventus”un yarımmüdafiəçisi ingilis klubuna keçdi
17.07.2013 - 00:45
“Yuventus”un yarımmüdafiəçisi ingilis klubuna keçdi
“Yuventus”un yarımmüdafiəçisi Emanuel Cakkerini “Sanderlend”ə keçib. Apasport.az saytının məlumatına görə, ingilis klubu 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Lakin müqavilənin maliyyə detalları ilə bağlı məlumat bildirilməyib.

Qeyd edək ki, italiyalı oyunçu ötən mövsüm Qoca Sinyora”nın heyətində 17 matçda forma geyinib və 3 qola imza atıb.