Floran Maluda “Trabzonspor”da
17.07.2013 - 01:35
Floran Maluda “Trabzonspor”da
“Trabzonspor” heyətinə qatmaq istədiyi Floran Maludanı Türkiyəyə gətirməyi bacarıb. Apasport.az saytının məlumatına görə, “Çelsi” ilə müqaviləsi başa çatan fransalı futbolçu şəxsi təyyarə ilə Trabzon şəhərinin hava limanında yerə enib.

33 yaşlı oyunçunu təxminən 400-ə yaxın azarkeş qrupu qarşılayıb. Daha sonra Maluda Qara dəniz təmsilçisinin prezidenti İbrahim Hacıosmanoğlu ilə görüşüb. Bu gün isə Floranın tibbi müayinədən keçib, “Trabzonspor”la müqavilə imzalayacaq.

Qeyd edək ki, Maluda 2007-ci ildə “Lion”dan “Çelsi”yə 13 milyon funt-sterlinq dəyərində keçib. Fransa milli komandasının sabiq üzvü “zadəganlar”ın heyətində 6 il ərzində 149 matçda forma geyinib və 35 qola imza atıb.