“Neftçi”nin müdafiəsində ciddi problemlər var”
17.07.2013 - 02:50
“Belə qarşılaşmalarda emosiyalara malik olmamaq çox çətindir. Ancaq sakit olmaq lazımdır. Çempionlar Liqasının himni çalınan zaman çox şad olursan”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Pero Pejiç deyib.
Xorvatiyalı hücumçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunöncəsi fikirlərini bildirib: “Düzünü deyim ki, mən şəxsən həm məsuliyyət, həm də motivasiya hiss edirəm. “Neftçi”ni məğlub etmək üçün bacardığımız qədər əlimizdən gələn hər şey edəcəyik. Daha əvvəl də demişəm, görüşün taleyi iki oyundan ibarətdir. Hər şey ilk oyunda həll olunmayacaq. Qarşıda bizi çox ağır matçlar gözləyir. Bakıdakı oyunda 120 faiz gücümüzü qoymalıyıq ki, yaxşı nəticə qazanacaq”.
O, təmsilçimizin hücum xəttinin güclü, müdafiəsinin isə zəif olduğunu düşünür: “Neftçi” güclü komandadır. Bu klub son illər Azərbaycan çempionudur. Rəqibin bütün gücünü diqqətlə öyrənirik və deyə bilərəm ki, qarşılaşmada baş məşqçimiz Mirsal Yosa bizə yenə öz göstərişlərini verəcək. Bakılılar yaxşı hücum oyunçulara malikdirlər. Bu cinahda onlar çox güclüdür. Ancaq onların müdafiəsində ciddi problemlər var”.

0
0